TEZİSLƏRİN VƏ TAM MƏQALƏ MƏTNLƏRİNİN TƏQDİM EDİMƏSİ QAYDALARI
Göndəriləcək tezislər Windows MS Word proqramından istifadə etməklə hazırlanmalıdır. Proqramda şrift Times New Roman, sətir aralığı tək, kənarlar bütün tərəflər üçün 2,5 sm-dir və səhifə A4 formatında istifadə edilməlidir.
- tezis və məqalələrin adı - 12 pt, baş hərflərlə, tünd rəng, ortada;
- müəllif(lər)in adı, soyadı, ata adı, elmi dərəcəsi və elmi adı, e-mail ünvanı, təmsil etdiyi ölkə və müəssisənin adı - 11 pt, tünd rəngdə, (səh. yuxarısında ortada);
- tezislərin həcmi – 1 səhifə, Times New Roman, 12 pt ilə; yuxarıdan – 2 sm, aşagıdan - 2 sm, soldan - 3 sm, sağdan - 2 sm; sətirlərarası interval – 1;
- tam məqalənin həcmi – 7-12 səhifə, ədəbiyyat siyahısı daxil olmaqla, Times New Roman, 12 pt ilə; yuxarıdan – 2 sm, aşagıdan - 2 sm, soldan - 3 sm, sağdan - 2 sm; sətirlərarası interval – 1: (Məqaləsinin çap olunmasını istəyən müəllif(lər) konfransdan sonra bir ay ərzində materialı göndərməlidir);
- ədəbiyyata istinadlar mətn daxilində (məs.: Əliyev, 2017:15) verilir, sonda ədəbiyyat əlifba sırası ilə düzülür və nömrələnmir;
- açar sözlər - 3-5 söz;
- tezislərdə “Aktuallıq”, “Metodlar”, “Nəticə” və tamamlanmış iş üçün “Tövsiyələr” haqqında məlumat olmalıdır;
- məqalələrin tam mətnlərinin hazırlanmasının texniki qaydaları tezislərin hazırlanması qaydaları ilə eynidir (yuxarıya bax), (“Giriş”, “Metod və metodologiya”, “Əsas hissə”, “Nəticələr və tövsiyələr” əhatə edilməlidir).
- Təqdim olunmuş məqalələrə ingilis dilində 200-250 sözdən ibarət xülasə verilməlidir.
- Tezislər və məqalələrin tam mətni bu e-mailə göndərilməlidir: [email protected]
QEYDİYYAT VƏ ÖDƏNİŞLƏR
- İştirakçı haqqı:
- Azərbaycan vətəndaşları üçün 30 manat (İştirakçı Sertifikatı, tezis və tam məqalələrin çapı /Jurnalın Redaksiya heyətinin və xarici rəyçilərin müsbət rəyindən sonra/, Kofe-breyk və digər xərclər daxildir);
- xarici vətəndaşlar üçün onlayn iştirak 30 dollar (İştirakçı Sertifikatı, tezis və tam məqalələrin çapı (Konfransın Tam məqalələr məcmuəsində və yaxud müxtəlif İndeksli jurnallarda (Jurnalın Redaksiya heyətinin və xarici rəyçilərin müsbət rəyindən sonra) və Konfransın təşkili ilə əlaqədar digər xərclər daxildir;
- xarici vətəndaşlar üçün canlı iştirak 90 dollar (İştirakçı Sertifikatı, tezis və tam məqalələrin çapı (Konfransın Tam məqalələr məcmuəsində və yaxud müxtəlif İndeksli jurnallarda (Jurnalın Redaksiya heyətinin və xarici rəyçilərin müsbət rəyindən sonra), Kofe-breyk, bir Qala (şam) yeməyi, 2 gün nahar yeməyi /Restoranda/, gəzmək təşkili, otel - Konfrans yeri - hava limanından qarşılama, hədiyyələr /çanta, bloknot, qələm və s./ və digər xərclər daxildir).
- Tezislərin qəbulu və Konfransda iştirak ilə əlaqəli Dəvət Məktubunu alandan sonra Təşkilat Komitəsi iştirakçı haqqını keçirmək barədə məlumat verəcək. Müsabiqədən keçmiş şəxslər məlumatlandırılacaq.
Konfransın Təşkilat Komitəsinin ünvanı: Bakı şəhəri, Akad.Z. Xəlilov küç. 23, Bakı Dövlət Universiteti.
Mob.tel. / WhatsApp (+994 55) 873 13 62 - Dos.Yaqut Əliyeva
(+994 51) 877 66 76 – Dos.Aygün Xəlilqızı
VACİB TARİXLƏR
Konfrans tarixi: 05-06 oktyabr 2023
Tezislərin təqdim edilməsinin son tarixi: 08 sentyabr 2023
Konfransın Proqramımın elanı: 01 oktyabr 2023
Tezislərin çap olunma tarixi: 01 fevral 2024
Tam məqalə mətnlərinin təqdim edilməsinin son tarixi: 31 dekabr 2023
Tam mətnin çap olunma tarixi: 30 may 2024