Arxiv

5-6 oktyabr 2023-cü il tarixlərində Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Sosiologiya kafedrası tərəfindən təşkil edilmiş Ulu Öndər HEYDƏR ƏLİYEVİN anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "ŞƏXSİYYƏT, CƏMİYYƏT, DÖVLƏT XXI ƏSRDƏ: ÇAĞIRIŞLAR VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ* adlı BEYNƏLXALQ FƏNLƏRARASI ELMİ Konfransımızda 20 ölkədən (Azərbaycan, Türkiyə, АBŞ, Kanada, Fransa, İrlandiya, Hindistan, İran, Polşa, Rusiya, Ukrayna, Moldova /Qaqauziya/, Gürcüstan, Dağıstan, Çeçenistan, Tatarıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kırğızıstan) 55% xarici, 45% yerli iştirakçı Tezislər təqdim etmiş və məruzələrlə çıxış etmişlər. 250 Tezis təqdim edilmişdir.                                                                       

 06.10.203-cü ildə İrlandiyanın kollec Kork Universitetinin prof. fakültəmizdə ingilusdilli I kurs tələbələrinə 4 saat Sosiologiyadan ustad dərsi keçmişdir.

Türkiyəli millət vəkili, tanınmış siyasətçi, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AİBPA İqtisadiyyat Komissiyasının sədri Şamil Ayrım Sosial elmlər və psixologiya fakültəsinin qonağı olub. Dekan Rövşən Cavadov Şamil Ayrımı yüksək qonaqpərvərliklə qarşılayıb, fakültədəki mövcud ixtisaslar və müəllim-tələbə heyəti haqqında millət vəkilini maraqlandıran sualları cavablandırıb. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım səmimi qarşılandığı üçün R.Cavadova minnətdarlığını bildirib, fakültə rəhbərliyinə elmi fəaliyyət və tədrisin təşkili işlərində uğurlar arzulayıb.

Türkiyəli millət vəkili sonra Sosiologiya kafedrasının professor-müəllim heyəti ilə görüşüb, kafedra əməkdaşları ilə dəyirmi masa ətrafında maraqlı müzakırələr aparıb. Müzakirələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaş ölkələr arasındakı elm, təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət, sosial əlaqələrə diqqət yetirilib. Görüşdə bu əlaqələrin daha da gücləndirilməsi üçün professor-müəllim heyəti və tələbələrin aktivliyinin artırılması zərurəti önə çəkilib. Postmünaqişə dövründə Qarabağın inkişafına Türkiyə Cümhuriyyətinin dəstəyi, həmçinin Azərbaycan və Türkiyə əlaqələrinin gələcək inkişaf perspektivləri istiqamətində fakültənin xətti ilə görülə biləcək işlər barəsində fikir mübadiləsi edilib.

Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov 05-06 oktyabr 2023-ci il tarixlərində Sosial elmlər və psixologiya fakültəsi Sosiologiya kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda keçirilmiş Sosial elmlər üzrə Beynəlxalq fənlərarası elmi konfransda  online qaydada məruzə ilə çıxış etdiyinə görə Şamil Ayrıma öz təşəkkürünü bildirib və qonağa Plaket və Təşəkkürnamə təqdim edib.

22.12.2023 YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun rektoru, “Avropa Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, akademik Engel Tagirov və qeyri-hökumət təşkilatının prezidenti, “Böyük Volqa Yolu” Volqa-Xəzər əməkdaşlığının qeyri dövlət təşkilatı, Rusiya Daxili İşlər Nazirliyinin Kazan Hüquq İnstitutunun professoru Maksim Andreyev,  Kazan Dövlət Mədəniyyət İnstitutunun muzeyşünaslıq, mədəniyyətşünaslıq və incəsənət tarixi kafedrasının dosenti, Alla Nikolayevna Yanıkinna  və  V. G. Timiryasov adına Kazan İnnovasiya Universitetinin dosenti, Sülh Mədəniyyəti İnstitutunun (UNESCO) icraçı direktoru Aygül Muxammadeyeva Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini və  Sosiologiya kafedrasını ziyarət ediblər. Professorlar tələbələrlə dialoq mühazirəsi keçirib, onlar arasında təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyindən danışıblar. Həmçinin bu qədim universitet şəhərinin tarixindən söhbət açıblar. Eyni zamanda dəyirmi masa formatında BDU ilə Kazan universitetləri arasında akademik mobillik layihəsinin müzakirəsi aparılıb, bu layihə çərçivəsində tədris və elmi məqsədlər üçün müəllim və tələbələrin qarşılıqlı mübadiləsi aparıla biləcəyini vurğulayıblar. Tərəflər Rusiya və Azərbaycan universitetlərinin professor və tələbələri üçün akademik mobillik üçün belə bir imkan yaratmaq üçün universitetlər arasında çərçivə sazişi bağlamaq arzusunda olduqlarını bildiriblər.

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət