19 avqust 1997-ci ildə Bakı şəhərində anadan olub. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə bakalavr, 2018-2020-ci illərdə isə Sumqayıt Dövlət Universitetində Ümumi psixologiya ixtisaslaşması üzrə magistratura pilləsində təhsil alıb. Hazırda Gender və tətbiqi psixologiya kafedrasının doktorantıdır. 2020-ci ildən Bakı Dövlət Universitetinin nəzdində yaradılmış tyutor kursunu bitirərək Sosial elmlər və psixologiya fakültəsində tyutor vəzifəsində çalışır.
BAKIXANOVA XAVƏRXANIM AĞAMEHDİ QIZI