30 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə Sosial fəlsəfə ixtisaslaşması üzrə magistratura pilləsində təhsil alıb. 2007-2013-cü illərdə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Fəlsəfə tarixi ixtisası üzrə dissertanturada təhsil alıb. Dissertasiya işinin mövzusu: "Azərbaycanda fəlsəfə tarixi məsələlərinin işlənilməsi (20-50-ci illər)". 2010-cu ildən Bakı Dövlət Universitetinin nəzdində yaradılmış tyutor kursunu bitirərək Sosial elmlər və psixologiya fakültəsində tyutor vəzifəsində çalışır. 2023-cü ildə Fəlsəfə tarixi ixtisası "Azərbaycanda fəlsəfə tarixi məsələlərinin işlənilməsi (20-50-ci illər)" mövzusunu müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.