QISA BİOQRAFİK MƏLUMAT
1940 Quba (keçmiş Qonaqkənd) rayonunda anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1958-1962 Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) pedaqoji fakültəsini adlı təqaüdlə və fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent-müəllim kimi saxlanılıb
1962-1982 APİ-də İbtidai təhsil pedaqogikası kafedrasında baş müəllim, dosent vəzifələrində işləyib
1968 “Azkomplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi alıb
1969-cu ildən dosent, 2003-cü ildən professor vəzifəsində çalışıb
1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının redaktoru vəzifəsində işləyib
1987-ci ildə Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsində işləməyə başlayıb, sonralar həmin kafedrada professor əvəzi vəzifəsində çalışıb.
Rusiya, Ukrayna, Belorusiya, Azərbaycan və başqa MDB respublikalarında keçirilmiş 20-dən artıq beynalxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş, aktual pedaqoji mövzularda məruzə və tezislərlə çıxış edib
Uzun illər Rusiya Pedaqoji Elmlər Akademiyası Elmi-Problem Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, müxtəlif səviyyəli Fəxri Fərmanlarla, təşəkkür və pul mükafatları ilə təltif edilmişdir. Respublika Jurnalistlər Birliyinin üzvüdür. 20 kitabın (o cümlədən 12 dərslik və dərs vəsaitinin), 10 tədris-metodik vəsaitin, 5 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1958-1962-cı illlərdə tələbə, Pedaqoji fakültə (APİ)
1968, pedaqoji e.n., “Azkomplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları”.
1969, dosent, 2003, professor.
ƏMƏK FƏALİYYƏTİ
1962-1982, baş müəllim, dosent, İbtidai təhsil pedaqoqikası kafedrası, APİ (hazırda ADPU)
1982-1987, redaktor, “Azərbaycan məktəbi” jurnalı, Təhsil Nazirliyinin orqanı.
1987- hal-hazıradək, dosent, professor, Pedaqoqika kafedrası, BDU.
Apardığı dərslər: “Pedaqoqika”, “Ali məktəb pedaqoqikası”
TƏDQİQAT SAHƏSİ
Pedaqoqika, Didaktika, Pedaqoqika tarixi.
BEYNALXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
Rusiya, Ukrayna, Belorusiya, Azərbaycan və başqa MDB respublikalarında (Moskva, Bakı, Kiyev, Xarkov, Minsk, Kazan, Voronej, Oryol, Vladimir, Həştərxan və b.) keçirilmiş 20 beynalxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş, actual pedaqoji mövzularda məruzə və tezislərlə çıxış etmişdir. Uzun illər Rusiya Pedaqoji Elmlər Akademiyası Elmi-Problem Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.