elanlar

16.05.2024-cü il saat 12:00-da Fəlsəfə kafedrasında "Arqumentasiya fəaliyyət növü kimi" adlı elmi seminar keçiriləcək. Elmi seminarın məruzəçisi kafedranın baş müəllimi Azər Allahverdiyevdir. 

Seminar Fəlsəfə kafedrası 708-ci otaqda olacaq. Maraqlananlar iştirak edə bilər.

Seminar haqqında qısa xülasə: Mürəkkəb fenomen olan arqumentasiya insanların gündəlik həyatının və peşə fəaliyyətinin zəruru hissəsi kimi çıxış edir. O, əqidənin formalaşmasında, ünsiyyət prosesində, bu və ya digər məsələlərlə bağlı qərarların qəbul edilməsində əsas rol oynayır. Məruzədə qarşıya qoyulan əsas məqsəd – arqumentasiyanı fəaliyyət növü kimi tədqiq etmək, onun müxtəlif aspektlərini – məntiqi, ritorik, linqvistik və s. bir – brilə qarşılıqlı əlaqədə təhlil etməkdir. Bununla bağlı müasir arqumentasiya nəzəriyyələri – yeni ritorika, qeyri - formal məntiq, fomal dialektika və digər konsepsiyalar nəzərdən keçirilir, onların müsbət və mənfi cəhətləri göstərilir. Arqumentasiyaların təşkili formaları ilə bağlı praktik tövsiyələr araşdırılır.

Arxiv

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət