Elanlar və xəbərlər

Sosiologiya kafedrasının təşkilatçılığı ilə “Sosial innovasiyalar” mövzusunda WORKSHOP keçirilib. Sosiologiya, sosial iş ixtisaslarında təhsil alan tələbələr üçün təşkil edilən WORKSHOP İnnovativ həllər üzrə konsultant, Azərbaycan İnnovasiya Kommunikasiya Texnologiyaları Assosiasiyasının üzvü Mübariz Qasımov tərəfindən həyata keçirilib. Təlimin keçirilməsində məqsəd sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında tələbələri məlumatlandırmaqdan ibarət olub. M.Qasımov bildirib ki, sosial innovasiya sosial problemin mövcud həll yolları ilə müqayisədə daha səmərəli, davamlı və daha ədalətli, həmçinin qeyri-ənənəvi üsullarla yeni həllidir. O, bu istiqamətdə süni intellekt, məlumat analitikası, mobil texnologiya, virtual və artırılmış reallıq, əşyaların interneti kimi texnologiyaların imkanlarından yararlanmaqla sosial rifahın təmin olunduğu təcrübələrdən konkret nümunələr gətirib.  O, eyni zamanda İnnovativ texnologiyaların cəmiyyətin sosial inkişafında, qeyri-bərabərliyin, məhrumiyyətlərin aradan qaldırılmasında, bir çox resurslara çıxışın təmin olunmasında geniş imkanlar yaratdığı müsbət dəyişikliklərdən danışıb.

İnnovativ həllər üzrə konsultant M.Qasımov tələbələrlə növbəti görüşündə sosial tərəqqi niyyətli ideyaların layihələndirilərək bu sahədə məsul qurumların ideya bankına təqdim olunması yolları haqqında praktiki məşğələ keçirəcəyini  planlaşdırdığını bildirib. Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov təlimi təşkil etdiyi üçün M.Qasımova təşəkkürünü bildirib və tələbələrin peşə kompetensiyalarının zənginləşdirilməsində bu cür təlimlərin müsbət əhəmiyyətini qeyd edib.

Arxiv

Əlaqə
Bakı Dövlət Universiteti, II korpus 9-cu mərtəbə, 900-cü otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 23, AZ 1148
Tel.: (+99412) 5390241 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət