19.04.2024. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri IV kurs tələbələri ilə kariyera görüşü təşkil ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti arasında imzalanmış memoranduma uyğun olaraq Sosial Elmlər və Psixologiya fakültəsinin Sosial iş ixtisasının IV kurs tələbələri və magistrantları ilə 19 aprel saat 11:00–da məzunlar üçün karyera günü çərçivəsində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri İnsan resurslarının idarə edilməsi departamentinin müdir müavini Ülkər Şahbazova, Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin Yarımstasionar sosial xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Xudanlı və Strateji planlaşdırma şöbəsinin böyük mütəxəssisi Fərid Cəfərovun iştirakı ilə görüş keçirilib. Görüşdə tələbələrə gələcək karyeraları üçün maraqlı tövsiyyələr verilib, onlara sosial xidmət və sosial iş sferasında çalışmaq üçün zəruri bacarıq və biliklərdən bəhs edilib. Görüşdə tələbə və magistrantları maraqlandıran suallar cavablandırılıb.