TƏLƏBƏLƏRİMİZ SPARTAKİADADA GÜMÜŞ VƏ BÜRÜNC MEDALLAR QAZANIBLAR
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş spartakiadanın bağlanış mərasimi keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqı Ümummilli Lider, müstəqil dövlətimizin memarı və qurucusu, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü böyük sevinc və ehtiramla qarşılayır. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra gənclər, idman, elm və təhsil siyasəti dövlətin əsas prioritetləri sırasına daxil edilib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri həm təhsil, həm idman sahəsində bütün dünyada öz uğurları ilə seçilirlər.
Daha sonra idman yarışlarının qalibləri elan olunub.
Spartakiadada 300-dək tələbə iştirak edib. Sosial elmlər və psixologiya fakültəsinin tələbələri stolüstü tennis üzrə keçirilən fərdi birincilikdə fərqləniblər. Fakültənin Sosial iş ixtisası üzrə II kurs tələbələri Ağababa Babayev gümüş, Ziya Məmmədov isə bürünc medal qazanıblar. Tələbələrimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzu edirik!