27 mart – “Elm günü”nə həsr olunmuş “Humanitar elmlərdə tədqiqat metodları” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Sosial Elmlər və Psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 27 mart – “Elm günü”nə həsr olunmuş “Humanitar elmlərdə tədqiqat metodları” adlı tədbir keçirilib.
Tədbirdə tədqiqatçı, sosial psixoloq Ülkər Zalova-Nuriyeva çıxış edib.
Məruzə zamanı Ülkər xanım tədqiqat etikası, elm və psevdoelm arasındakı fərqlər, keyfiyyət və kəmiyyət tədqiqatları, tədqiqat metodlarını nəzəriyyədən praktikaya keçirmək (SPSS və digər proqramlar haqqında) mövzusunda məlumat verib. Eyni zamanda, psixologiyada məşhur eksperimentlər təhlil edilib və biliklər müzakirələr əsasında mənimsənilib.
Tədbirin sonunda TEC-in fakültə sədri və II kurs magistrantı Seyidfatimə Abbasova elmə və tədqiqata maraq hissinin əhəmiyyəti haqqında öz təcrübələrini bölüşüb.