SOSİAL İŞ KAFERASININ PROFESSORU BEYNƏLXALQ KONFRANSDA AVANQARD PEDAQOGİKANIN FƏLSƏFİ ƏSASLARI MÖVZUSUNDA ÇIXIŞ EDİB

Daşkənd şəhərində 21 oktyabr 2026-cı il tarixində Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet tərəfindən “Alı təhsilin strateji inkişafında avanqard pedaqogika: transformasiya prosesləri və onun tətbiqi mexanizmləri” adlı beynəlxalq konfrans keçirilib. Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının professoru Qızılgül Abbasova konfransda “Avanqard pedaqoqiqanın fəlsəfi əsasları” adlı məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, ali məktəblərdə gələcək mütəxəssislər hazırlığında biliklərin formalaşması həyatın həm təbii, həm də sosial aspektlərinin qarşılıqlı asılılığının anlaşılması ilə əlaqəli bilik, bacarıq və qabiliyyətlərə əsaslanmalıdır. Müasir tələbələrdə yeni insani keyfiyyətlərin inkişafı avanqard pedaqogikada fənlərarası əlaqələrin və müxtəlif tədris metodlarının istifadəsinə əsaslanır. Nəticədə, rifah dövlətinin təməlləri təkmilləşdirilir və möhkəmlənir. Məzruzəçi çıxışında qeyd edib ki, müasir təhsildə bu prosesi təşkil edənlər üçün diqqət mərkəzində fərd və onun antropoloji xüsusiyyətləri dayanır. Buraya etnik kimlik və mentalitetlə bağlı mədəni keyfiyyətlər, eləcə də universal mədəniyyətin anlaşılması, gələcək mütəxəssisin dünyagörüşünün bir elementi kimi şəxsi sosial məsuliyyətin inkişafı, humanitar elmlərin mütəxəssislərin ümumi hazırlanmasında rolunun gücləndirilməsi və s. daxildir.