31 mart soyqırımı gününə həsr edilmiş tədbir keçirilib
Sosial elmlər və psixologiya fakültəsində 1918-ci il 31 mart soyqırımı gününə həsr edilmiş tədbir keçirilib. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dekan Rövşən Cavadov çıxış edərək bildirib ki, ermənilər XVIII əsrdən etibarən Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişlər. O, daha sonra ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Fakültə dekanı gənclərə bu faciələrin bir daha baş verməməsi üçün daim ayıq-sayıq olmağı, vətəndaş-dövlət həmrəyliyini qoruyub saxlamağı məsləhət görüb. R.Cavadov çıxışının sonunda tələbələrə xalqımızın başına gətirilən faciəli hadisələrdən ibrət götürməyi, güclü dövlətə və möhkəm orduya sahib olmaq zərurətini heç bir vaxt unutmamağı tövsiyə edib.
1918-ci il 31 mart soyqırımı gününə həsr edilmiş tədbirdə Fəlsəfə ixtisası üzrə təhsil alan bakalavr və magistrlar öz çıxışlarında “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin hər dəfə onlar üçün əlverişli şərait yarandıqda, bəzi dövlətlərin xeyir-duası ilə XX əsrdə azərbaycanlılara qarşı tərətdikləri qətllərdən danışıblar, 1905-1907-ci, 1917-1918-ci, 1988-1992-ci illərdə mənfur qonşularımızın həyata keçirdikləri kütləvi qətllər haqqında tədbir iştirakşılarına geniş məlumat veriblər.