8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMINI QEYD EDİLİB
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “BDU könüllüləri” təşkilatının fakültə üzrə fəalları, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova açıq elan edərək, əvvəlcə tələbələri 8 Mart beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edib. Sonra qadınların cəmiyyətdəki rolu, onların sosial, elmi və mədəni sahələrdə qazandıqları nailiyyətlərdən danışıb. Dekan müavini daha sonra tələbələri fakültənin və universitetin ictimai həyatında fəal olmağa, onlara tədris edilən fənləri dərindən mənimsəməyə, daim elmi biliklərini artırmaqla akademik göstəricilərini yüksəltməyə səsləyib.
Tədbir bədii hissə ilə davam edib.
Fəlsəfə ixtisası üzrə I kurs tələbələri – Pəri Hacıyeva, Çinarə Ələsgərli və Sadiq Mehdizadənin ifa etdikləri müsiqi, psixologiya ixtisası üzrə I kurs tələbəsi Ayan Məmmədlinin söylədiyi şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.