AĞIR PSİXİ POZUNTULARI OLAN PASİYENTLƏRİN PSİXOSOSİAL REABİLİTASİYASI PROBLEMİ TƏDQİQ OLUNUR

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının doktorantı Səyyarə Yusubovanın “Azərbaycan kontekstində ağır psixi pozuntuları olan pasiyentlərin psixoloji ehtiyacları və psixososial reabilitasiyanın tədqiqi problemi” mövzusunda elmi seminarı (27 fevral 2026-cı il) keçirilib. S.Yusubova ağır psixi pozuntuları olan pasiyentlərin psixoloji və sosial ehtiyaclarını, onların cəmiyyətə uyğunlaşması prosesində qarşılaşdıqları çətinlikləri və psixososial reabilitasiyanın bu prosesdə oynadığı mühüm rolu izah edib. Seminar çərçivəsində Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatların mövcud vəziyyəti, psixoloji dəstək mexanizmləri, reabilitasiya proqramlarının əhəmiyyəti və bu sahədə qarşıda duran əsas problemlər haqqında da məlumat verilib. Eyni zamanda mövzunun elmi və praktiki əhəmiyyəti vurğulanaraq, psixi sağlamlıq sahəsində psixoloji xidmətlərin inkişafının vacibliyi qeyd olunub.