AİLƏ DƏYƏRLƏRİ HAQQINDA SEMİNAR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) "BDU könüllüləri" Təşkilatının Sosial elmlər və psixologiya və Biologiya fakültələri üzrə fəallarının birgə təşəbbüsü ilə “Azərbaycanda ailə dəyərləri” mövzusunda seminar keçirilib. Fidan Nizamovanın təqdimatında həyata keçirlən seminarda könüllü fəallara Azərbaycanın ailə dəyərləri, ailədaxili problemlər və onların uşaqlarda yaratdığı psixi travmalar, bu travmaların aradan qaldırılması yolları, uşaqların təlim-tərbiyəsi zamanı valideynlərin üzərinə düşən məsuliyyət və s. problemlər barədə məlumat verilib. Seminar auditoriyada iştirak edən tələbələrin mövzu ilə bağlı qızğın müzakirə və diskussiyası şəraitində davam edib. Tələbələri maraqlandıran suallar cavablandırılıb.