"Azad iradə və əxlaqi məsuliyyət" mövzusunda fəlsəfi seminar keçirilib
Sosial Elmlər və Psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azad iradə və əxlaqi məsuliyyət” mövzusunda fəlsəfə xətti üzrə seminar baş tutub. Tədbiri fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Rəşidova iştirakçıları salamlayaraq açıq elan edib.
Daha sonra söz fakültənin Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasovaya verilib. Qızılgül xanım seminarla bağlı öz fikirlərini bildirdikdən sonra Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının müəllimi Elmar Hüseynov müvafiq mövzu üzrə öz çıxışına başlayıb. Elmar müəllim XX-XXI əsrləri əhatə edən Müasir Qərb fəlsəfəsi üzrə problemə aid düşüncə istiqamətləri ilə iştirakçıları məlumatlandırmağa çalışıb. İradə anlaışının bütün aspektləri, azad iradə ilə bağlı bir çox istiqamətlərdə aparılan tədqiqatları ilə dinləyiciləri tanış edən Elmar müəllim axırda əxlaqi məsuliyyət haqında öz fikirləri ilə bölüşüb. Oduqca maraqlı mühazirə həm də slaydların nümayişi ilə davam etdirilib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb və tədbir yekunlaşıb.