Bakı Dövlət Universiteti (BDU) və Mediasiya Şurası arasında əməkdaşlıq memorandumu öz bəhrəsini verməkdədir
Ali təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi üçün təhsil və təcrübənin sıx inteqrasiyasının təmin edilməsi zərurətindən çıxış edərək Şuranın yüksəkixtisaslı mütəxəssislərinin Sosial iş ixtisasında təhsil alan tələbələr üçün mühazirəsi təşkil edilib. Mühazirədə tələbələrə gələcək sosial işçilər kimi Mediasiya Şurasına verə biləcəkləri töhfələrdən bəhs edilib, tələbələri düşündürən suallar cavablandırılıb. Sosial iş ixtisasında təhsil alan tələbələrin bir qismi artıq Şurada könüllü kimi çalışır. Həmin tələbələrə serifikatlar təqdim olunub və növbəti könüllülük proqramına tələbələr dəvət edilib.