ÇXR-in professoru Pedaqogika kafedrasında olub
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasında Çin Xalq Respublikasının Nankin Normal Universitetinin professoru Rüstəm Şadiyevlə kafedra əməkdaşlarının görüşü keçirilib. Professor Rüstəm Şadiyevlə görüş zamanı onu və kafedra üzvlərini maraqlandıran məsələ ilə bağlı müzakirələr aparılıb. O cümlədən ali məktəblərarası əlaqənin möhkəmləndirilməsi, yeni fəal texnologiyalardan istifadə imkanları, ağıllı auditoriyalarda təlimin təşkili, inteqrasiyanın təşkili məsələləri, müəllim-tələbə əməkdaşlığı ilə bağlı problemlərin müzakirəsi üstünlük təşkil edib. R.Şadiyev dərs apardığı Çin ali məktəbinin iş strukturu ilə bağlı kafedra əməkdaşlarına məlumat verib. Sonra kafedra müəllimlərinin orada çıxan jurnallarda necə çıxış etmək imkanları ilə bağlı bəzi izahatlar verib.
R.Şadiyevlə aparılan söhbət əsasında belə qənaətə gəlinib ki, üzərində qrant layihələri birgə işləməyin əhəmiyyətli olacağını nəzərə almaqla bu prosesin təşkili və keçirilməsi zəruri sayılsın. Bütün bu qeyd olunanları ümumiləşdirsək gəlinən nəticəni aşağıdakı kimi qeyd etmək olar.
- Ali məktəblərarası əlaqə yaratmaq;
- İnformasiya mübadiləsi aparmaq;
- Yeni informasiya texnologiyalardan istifadə metodikasını hazırlamaq;
- Nüfuzlu jurnallarda müəllimlərin məqalələrinin nəşrinə nail olmaq;
- Birgə qrant layihəsi üzərində işləmək;
- Beynəlxalq konfranslar keçirmək.
Prof.L.N.Qasımovanın fikrincə, bütün bu qeyd olun tədbirlər həyata keçirilsə, bunlar kafedranın beynəlxalq əlaqələrinin genişlənməsinə əsaslı təsir göstərəcəkdir.