DEKAN MÜAVİNİ BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB
Sosial elmlər və psixologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini, Sosial iş kafedrasının professoru Qızılgül Abbasova “Dövlət, biznes və QHT-lər arasında qarşılıqlı əlaqə: problemlər və perspektivlər” - Beynəlxalq iştirakla Ümumrusiya elmi-praktik konfransında online qaydada iştirak edib. Dekan müavini beynəlxalq konfransda “Təhsil sahəsində dövlət və biznes arasında qarşılıqlı əlaqə” məruzəsi ilə çıxış edib. Çıxışda vurğulanıb ki, gənc nəslin təlim-tərbiyəsi ilə bağlı dövlət və özəl sektorun qarşılıqlı əlaqəsi məsələləri hələ də əsaslı şəkildə elmi-nəzəri və praktiki istiqamətlərində öz həllini tapmayıb. Bu qarşılıqlı əlaqə vətəndaş cəmiyyətinin formalaşması və sosial kapitalın artması ilə birbaşa bağlıdır ki, bu da yenə də istənilən formada təhsil sahəsinə aid qurumların keyfiyyətli işindən asılıdır. Burada böyük potensial var. Məruzə diqqətlə dinlənilib, suallar verilib.