“ELM VƏ İNSAN – MÜƏLLİMİN GÖZÜ İLƏ” ADLI TƏDBİR KEÇİRİLİB

Sosial Elmlər və Psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elm və İnsan – Müəllimin gözü ilə” adlı seminar keçirilb. Tədbirdə müəllimlik sənətinin mahiyyəti, elm və insan amili ilə qarşılıqlı əlaqəsi, həmçinin müəllim şəxsiyyətinin cəmiyyətin inkişafındakı rolu məsələləri müzakirə olunub. Məruzəçilər - Tələbə Elmi Cəmiyyətinin sədri Nəbi Sadıqov, Nurlan Rəcov, Elvin Pirməhəmmədov və Xədicə Abdulhəmidli müəllimlik peşəsinin mənəvi dəyəri, təhsil prosesində psixoloji və elmi aspektlərin əhəmiyyəti, müəllim şəxsiyyətinin formalaşmasında sosial amillərin rolu haqqında məlumat veriblər.
Xədicə Abdulhəmidli müəllimlik peşəsinin tarixi inkişaf yolu haqqında danışıb. TEC sədri Nəbi Sadıqov elmin inkişafını Şərq və Qərb müstəvisində müqayisəli şəkildə təhlil edib. Fakültənin fəlsəfə ixtisası üzrə ikinci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sənədlər üzrə meneceri Elvin Pirməhəmmədov çıxışında Qədim Misir, Çin və Hindistanda müəllimlik peşəsinin inkişaf xüsusiyyətləri haqqında danışıb. Fakültənin magistrantı Nurlan Rəcov müəllimlərin dərs keçmə metodikası haqqında keçirdiyi anket sorğusunun nəticələri haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbir daha sonra interaktiv formada davam edib və tələbələri maraqlandıran suallara cavablar verilib.