“Emosional zəka” mövzusunda seminar keçirilib
07.05.2021 tarixində Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Emosional zəka” mövzusunda seminar təşkil olunub. Tədbiri fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Rəşidova iştirakçıları salamlayaraq açıq elan edib.
Daha sonra söz fakültənin Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasovaya verilib. Qızılgül xanım iştirakçılara uğurlar arzu edərək bu mövzularda seminarların təşkilinin ixtisasi sahədə və dünyagörüş baxımından faydalı olduğunu bildirib.
Ardınca Psixologiya ixtisası üzrə 1-ci kurs tələbələri, idarə heyəti üzvləri Ləman Osmanlı, Gülsarə Abdurahmanova və Aysel Nuriyeva emosional zəkanın açıqlaması, hazırki cəmiyyətimizdə olan önəmi və inkişaf etdirmə üsulları ilə bağlı dinləyiciləri məlumatlandırıblar.
Sonda iştirakçılara emosional zəkalarını yoxlamaqları üçün özünüqiymətləndirmə testi təqdim olunub.
Seminar iştirakçıların təəssüratlarının paylaşılması ilə sonlanıb.