“ƏN UCA ZİRVƏDİR QADIN” ADLI TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya və Filologiya fakültələrinin Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “Ən uca zirvədir qadın” adlı tədbir keçirilib. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova və hər iki fakültənin fəal tələbələri iştirak ediblər. Dekan müavini Nəzakət Kərimova tədbiri giriş sözü ilə açıq elan edərək tələbələrə qadın hüququları haqqında məlumat verib, qadının cəmiyyətdə yerinə yetirdiyi vəzifələrdən danışıb. Müasir dövrdə ailə böhranına səbəb olan amilləri sosial-fəlsəfi aspektdən təhlil edən dekan müavini gəncləri milli-mənəvi dəyərlərimizə hörmətlə yanşmağa səsləyib, onlara ailədaxili xırda mübahisələri münaqişələrə çevirərək ictimailəşdirməməyi tövsiyə edib.
Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxışında Şərqdə, o cümlədən Azərbaycan ictimai mühitində qadına verilən yüksək dəyərdən danışıb. Qadınların ictimai həyatın müxtəlif sahələrində kişilərlə bərabərhüquqlu şəkildə yerinə yetirdikləri xidmətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbələri Arzu Quliyeva, Mehriban Rəsidova və Filololgiya fakültəsinin I kurs tələbəsi Gülgün Ismayilova qadin zorakılığı barədə səhnəcikdə müxtəlif rolları ifa ediblər. Filololgiya fakültəsinin II kurs tələbəsi Leyla Nəbizadə "Sari galin", “11-ci simfoniya” klubunun sədri Nazim Həsənli isə "Ala gözlüm" mahnısını ifa ediblər.
Tədbir Lamiyə Kamallı və Sultan Əsədlinin ifasında qadınlara həsr edilmiş seirlərin söylənilməsi ilə başa çatıb. da isa TGT daxilinda faaliyyat göstaran musiqisini ifa etmişdir.