FAKÜLTƏ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
07.03.2024-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda fakültə dekanı Rövşən Cavadov çıxış edərək 2023-2024-cü tədris ilinin payız imtahan sessiyasının nəticələrini təhlil edib, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində vacib olan konkret problemlərin xarakteri və məzmunu ilə bağlı məsələlərə aydınlıq gətirib. Qeyd olunan problemlərin həlli ilə bağlı fikir və mülahizələrini Elmi Şura üzvləri ilə paylaşıb. Daha sonra Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova fakültədə təhsil alan magistrantların elmi-tədqiqat təcrübəsinin vəziyyəti haqqında məlumat verib. Cari məsələlər müzarirə edildikdən sonra R.Cavadov Elmi Şuranın qadın üzvlərini 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edib, onlara elmi işlərində və tədris fəaliyyətlərində uğurlar arzulayıb. Elmi Şuranın qadın üzvləri fakültə dekanının təşəbbüsü ilə təşkil edilən bayram süfrəsinə dəvət edilib.