FAKÜLTƏ HİK SƏDRİ AVRASİYA UNİVERSİTETLƏRİNİN HƏMKARLAR İTTİFAQI TƏŞKİLATININ XXXVII QURULTAYINDA İŞTİRAK EDİB
25-29 sentyabr 2024-cü il tarixində Belarusiyanın paytaxtı Minsk şəhərində Avrasiya Universitetlərinin Həmkarlar İttifaqı Təşkilatı Asosiasiyasının XXXVII qurultayı keçirilib. Qurultayda Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Həmkarlar İttifaqı Təşkilatının sədri Rəcəbəli Əliyev iştirak edib. Qurultayın keçirilməsində məqsəd Avrasiya Universitetlərinin Həmkarlar İttifaqı Təşkilatı Asosiasiyasına üzv olan ali məktəblərin Həmkarlar İttifaqı Təşkilatlarına yeni fəaliyyət imkanları yaratmaq və dövlətlərarası əlaqələri möhkəmləndirməkdən ibarət olub.
Sosial elmlər və psixologiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri Rəcəbəli Əliyev Minsk şəhərində keçirilən qurultay iştirakçılarına Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komistəsinin yaranma tarixi və fəaliyyət istiqamətləri haqında məlumat verib. O, bildirib ki, BDU HİK-in yaranması universitetin yaranması ilə təxminən eyni dövrə təsadüf edir. R.Əliyev BDU HİK-in 100 illik şərəfli tarixi yolu və bu nüfuzlu təşkilata vaxtilə rəhbərlik etmiş məşhur Azərbaycan akademikləri haqqında məlumat verib. R.Əliyev son illərdə BDU HİK-in fəaliyyətində əhəmiyyətli canlanmanın hiss olunduğunu və əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsinin həyata keçirilməsində bu təşkilatın xüsusi xidmətləri olduğunu deyib. O, daha sonra qeyd edib ki, hazırda BDU Həmkarlar İttifaqı Komitəsinin 3000-ə yaxın üzvü var.
Qeyd edək ki, R.Əliyev 1987-ci ildə Moskva Dövlət Universitetinin nəzdində yaradılan Assosiasiyanın üzvü olub və Azərbaycan Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri kimi ilk qurultayın açılış mərasimində iştirak edib. Hazırda R.Əliyev qeyd olunan assosasiyanın rəyasət heyətinin üzvüdür.