Fakültədə dəyirmi masa təşkil edilib
Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya və Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə 16.04.2021-ci il tarixində “Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” dəyirmi masa təşkil edilib. Tədbirdə Fəlsəfə kafedrasının və Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin müəllimləri və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə SEP fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini İranə xanım açıb. O, tədbir iştirakçılarını salamlayıb və sözü tədbirin əsas məruzəçisi Fəlsəfə kafedrasının dosenti Aygün Kərimovaya verib. Aygün xanım çox maraq doğuran və aktual olan məruzə ilə çıxış edib. Sonra professor Əziz Məmmədov, dosent Arif Tağıyev bu problem ətrafında çıxış edərək milli dəyərlərimizdən, vətənpərvərlik ruhunda tərbiyə olunan gəncliyimizdən bəhs ediblər. Sonda Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şamo Cəbrayılov çıxış edərək gənclərə öz tövsiyyələrini verib. Tədbir diskussiya şəklində davam edərək yekunlaşıb.