FAKÜLTƏDƏ NÖVBƏTİ İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB
-lg.jpg)
16 may 2025-ci ildə Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və Psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun növbəti yarışı keçirilib. Yarış zamanı fakültədə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət dörd komanda – “Limitsizlər”, “Bersek”, “İllüziya” və “1728 B” iştirak edib.
İntellektual Oyunlar Klubunun sədri Vaqif İmanlı əyləncəli formada keçən bu cür yarışların tələbələr üçün həm də faydalı bir təcrübə olduğunu qeyd edib. Tədris ilinin sonuncu intellektual yarışında iştirak edən komanda üzvlərinə minnətdarlığını bildirib və onlara uğurlar arzulayıb.
Yarış gərgin rəqabət şəraitində keçib. Komanda üzvləri müxtəlif mövzuları əhatə edən suallara cavab verməklə özlərinin bilik və bacarıqlarını nümayiş etdirib, düşünmə qabiliyyətlərini sınaqdan keçiriblər.
Oyunun sonunda “ Limitsizlər” komandası 12 balla qalib gəlib. Qalib komandanın üzvlərinə sertifikatlar təqdim edilib.