TORPAQ ÇƏRŞƏNBƏSİNƏ HƏSR EDİLMİŞ ŞƏNLİK KEÇİRİLİB
16 Mart 2023 10:16

BDU-nun “Təbriz 29” ünvanında yerləşən filialında torpaq çərşənbəsinə həsr edilmiş bayram şənliyi keçirilib. Filialın həyətində ilaxır çərşənbəsi ilə əlaqədar bayram tonqalı qalanıb. Rövşən Cavadov tələbələri bayram münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Sonra isə Sosial elmlər və psixologiya və Şərqşünaslıq fakültələrinin tələbə və müəllim kollektivi bayram tonqalının ətrafında bayram şənliyinə toplaşıb. Tələbələr və müəllimlər birlikdə yallı rəqsini ifa ediblər. Tələbələr tədbiri ruh yüksəkliyi və xoş əhval-ruhiyyə ilə, bir-birindən maraqlı musiqi nömrələri ilə davam etdiriblər.
Son XƏBƏRLƏR
17.03.2026 | 13:41
QİYMƏTLƏNDİRMƏ VƏ PSİXOLOJİ RİFAH: UĞUR ARZUSU, YOXSA UĞURSUZLUQ QORXUSU?
13.03.2026 | 10:22
Professor Dilarə Seyidzadə BDU tələbələrinə ustad dərsi keçib
11.03.2026 | 09:52
AĞIR PSİXİ POZUNTULARI OLAN PASİYENTLƏRİN PSİXOSOSİAL REABİLİTASİYASI PROBLEMİ TƏDQİQ OLUNUR
11.03.2026 | 09:50
ŞƏXSİYYƏT POZUNTULARI HAQQINDA USTAD DƏRSİ KEÇİRİLİB
10.03.2026 | 15:03