FAKÜLTƏMİZİN MƏZUNU ŞƏHİD OLUB
Ermənistan silahlı qüvvələri sentyabr ayının 12-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan ordusu bu təxribata layiqli cavab verib. Vətənin etibarlı müdafiəsinin təşkilində Azərbaycan ordusunun 50 nəfər əsgəri şəhid olub. Şəhid olmuş əsgər və zabit heyəti içərisində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunu Hüseynov Erkin Ədalət oğlu da var. O, 12.10.1998-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Xəmsə küçəsi, ev 78 ünvanında anadan olub. Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasında təhsil almış Erkin Hüseynov 2019-2020-ci tədris ilinin məzunu olub. O, universitetin ictimai həyatında fəal iştirak edib, təhsil müvəffəqiyyəti və nümunəvi davranışı ilə fərqlənib. Onun əziz xatirəsi müəllimlərinin və tələbə yoldaşlarının hafizəsində əbədi yaşayacaqdır. Şəhidimizə Allahdan rəhmət diləyirik!