YUNESKO-NUN SÜLH MƏDƏNİYYƏTİ İNSTİTUTUNUN REKTORU FAKÜLTƏNİN QONAĞI OLUB
YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun rektoru, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının prezidenti, akademik Engel Tağırov, qeyri-hökumət təşkilatının prezidenti, “Böyük Volqa Yolu” Volqa-Xəzər əməkdaşlığının dövlət təşkilatı, Rusiya Daxili İşlər Nazirliyinin Kazan Hüquq İnstitutunun professoru Maksim Andreyev, tarix elmləri namizədi, V.G.Timiryasov adına Kazan İnnovasiya Universitetinin dosenti, Sülh Mədəniyyəti İnstitutunun (UNESCO) icraçı direktoru, Muxamadeyeva Aygul Albertovna, Kazan Dövlət Mədəniyyət İnstitutunun muzeyşünaslıq, mədəniyyətşünaslıq və incəsənət tarixi kafedrasının dosenti, fəlsəfə elmləri namizədi, Yanykina Alla Nikolaevna Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini ziyarət ediblər.
Alimlərdən ibarət nümayəndə heyəti Sosiologiya ixtisasının tələbələri ilə dialoq mühazirəsi keçirib və tələbələri maraqlandıran suallar ətrafında qarşılıqlı fikir mübadiləsi ediblər. Həmçinin bu qədim universitet şəhərinin tarixindən söhbət açıblar. Qonaqlar sonra dəyirmi masa formatında gələcəkdə hansısa formada birgə tədqiqatlar və layihələr işlənilməsi istiqamətində atılacaq addımlarla bağlı müzakirə aparıblar.