FAKÜLTIƏMİZİN TƏLƏBƏSİ 100 QALİBDƏN BİRİ OLUB
Azərbaycan Diplomatiya Mərkəzinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə elan etdiyi “100 illik – ∞” Tələbə Təqaüd Proqramı başa çatıb. Üç mərhələdən ibarət olan esse yazı müsabiqəsinə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 90-dan yuxarı olan 100 nəfər ictimai fəal tələbə iştirak etmək hüququ qazanmışdı. Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Təhsildə Sosial Psixoloji Xidmət ixtisası üzrə III kurs tələbəsi Rəqsanə Abduləzizova da müsabiqənin 100 qalibindən biri olub. R. Abduləziziovanın yazdığı “Ümumimilli Lider Heydər Əliyev: Dövlətinə həsr edilmiş bir ömür” adlı esse onu müsabiqənin 100 qalibindən biri edib.
26 noyabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Dr.Celal Şengör və Dr.İlber Ortaylının iştirakı ilə keçirilən “Dünyada mövcud beyin köçü” adlı master klassda qaliblərə sertifikatlar və pul mükafatları təqdim edilib. Xatırladaq ki, müsabiqədə iştirak edən tələbələrdən ilk yerin qalibi 1000 AZN, II və III yerlərin qalibləri 300 AZN, IV-X yerin qalibləri 200 AZN və 90 nəfər 100 AZN birdəfəlik təqaüd əldə ediblər.
Esse ilə buradan tanış ola bilərsiz.
Tələbəmizi təbrik edirik!