FƏLSƏFƏ İXTİSASININ TƏLƏBƏLƏRİ YARIŞIN QALİBİ OLUB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Güclü lider, güclü Azərbaycan” layihəsi çərçivəsində ixtisaslararası intellektual yarış keçirilib. “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışda fakültənin Sosiologiya, Fəlsəfə, Təhsildə Sosial Psixoloji Xidmət, Korreksiyaedici təlim və Psixologiya ixtisaslarında təhsil alan tələbələrdən ibarət 3 komanda - “İstiqlal”, “Xarı bülbül” və “Hürriyyət” təmsil olunub. Üç mərhələdən ibarət olan intellektual yarışda komanda üzvlərinə incəsənət, musiqi, tarix və dünyagörüş olmaqla fərqli mövzuları əhatə edən suallar verilib. Fəlsəfə ixtisasında təhsil alan tələbələrdən ibarət “Hürriyyət” komandası yarışın qalibi olub.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov İntellektual Oyunlar Klubunun sədri Nərmin Məmmədova və yarışın qaliblərini təbrik edib, onlara daim yeni uğurlar əldə etməyi arzulayıb. Fakültə dekanı “Hürriyyət” komandasının üzvlərinə – Mirfəttah Qəhrəmanov, Tomris Nəbili, Müzəffər İsmayılov və Günay Səfərovaya sertifikatlar təqdim edib.
Tələbələrimizi təbrik edirik!