Dərs vəsaiti işıq üzü görüb
Sosial iş kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru Eliza İsmayılovanın "Fərdlər, qruplar və ailələrlə sosial iş" adlı dərs vəsaiti çap olunub. Təqdim olunan dərs vəsaitində əhalinin müxtəlif sosial qrupları ilə aparılan sosial işin xüsusiyyətləri, istiqamətləri və yeni yanaşmaları nəzərdən keçirilmişdir. Burada müxtəlif sosial qruplarla sosial işin təşkili xüsusiyyətləri, sosial işin əsasları və metodları, cəmiyyətin sosial-demoqrafik strukturu, sosial qrupların strukturu, sosial işin etik və dəyər prinsipləri haqqında zəruri məlumatlar verilmişdir. Sosial işlə bağlı problematika müasir elmi paradiqmalar və yanaşmalar, dövlətin həyata keçirdiyi sosial siyasət baxımından araşdırılıb təqdim olunmuşdur. Dərs vəsaiti ali məktəblərdə bakalavr pilləsində “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr və sosial iş sahəsində çalışan mütə xəssislər üçün nəzərdə tutulub.