Gender zorakılığı adlı seminar keçirilib
Cari ilin oktyabr ayının 11-də Gender və tətbiqi psixologiya kafedrasında elmi seminar keçirilib. Bu Seminar 2023/2024-cü tədris ilinin payız semestrində keçiriləcək elmi seminarlar silsiləsinin aşılışı idi. “Gender zorakılığı” mövzusunda ilk seminarı kafedranın müdiri, professor R.İbrahimbəyova açaraq qeyd edib ki, son onilliklərdə dərin tarixi kökləri olan gender zorakılığı mövzusu beynəlxalq ictimayyətin gündəminə gətirilib və ən aktual elmi tədqiqatların mövzusuna çevirilmişdir. R.İbrahimbəyova bildirib ki, Azərbaycanda belə tədqiqatlar kafedrada illər boyu aparılıb, xeyli statistika toplanıb, hətta müəllif hüququnu almış yeni anlayışlar təklif olunub.
Çıxışdan sonra seminar iştirakçılarının sualları cavablandırılıb.
R.İbrahimbəyova eyni zamanda semestrin axırınadək kafedrada müxtəlif aktual problemlər üzrə elmi müzakirələrin və müəllimlər tərəfindən sərbəst formatda -seminar və ya hər hansı digər formatda təşkil edilməsini təklif edib.