“İQLİM DƏYİŞİKLİYİ, ONUN CANLILARA VƏ İNSAN PSİXİKASINA TƏSİRİ” ADLI TƏDBİR KEÇİRİLİB

Bakı Dövlət Universiteti (BDU) “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya və Ekologiya və torpaqşünaslıq fakültələri üzrə fəallarının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi, onun canlılara və insan psixikasına təsiri” adlı tədbir keçirilib.
Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova və Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Günel Sarıyeva çıxış ediblər. Məruzəçilər iqlim dəyişikliyinin səbəbləri, onun canlı aləmə və insan psixikasına təsiri məsələlərini müzakirə ediblər. Çıxışçılar ətraf mühitin qorunması və psixoloji adaptasiya mexanizmləri, iqlim narahatlığı və bu kimi hallarla mübarizə yolları barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar. Tədbirdə qlobal istiləşmə və onun ekosistemlərə, canlılara təsiri məsələləri də təhlil edilib. Tədbirin sonunda tələbələr arasında komanda şəklində intellektual oyun keçirilib.