JİNDAL DAVRANIŞ ELMLƏRİ İNSTİTUTUNUN PROFESSORU ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİB
28 iyun tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşkilatçılığı ilə “Jindal İnstitute of Behavioural Sciences” (Jindal Davranış Elmləri İnstitutunun) professoru, psixologiya elmləri doktoru Tamara Hovorunun “Krossmədəni cəmiyyətdə gender” adlı elmi-praktik seminarı keçirilmişdir. Fakültənin professor-müəllim heyətinin, Psixologiya kafedrasının doktorant və magistrlarının iştirak etdiyi seminarda professor Tamara Hovorun gender anlayışı, gender stereotipləri, İnkişaf etmiş ölkələrdə gender bərabərsizliyi barədə məlumat verib. Professor seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Seminarın sonunda ölkəmizdə ilk dəfə qonaq olan professora Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva tərəfindən Azərbaycanı xarakterizə edən xatirə hədiyyələri təqdim edilib. Tamara Hovorun paytaxtımız, Bakı Dövlət Universiteti və Psixologiya kafedrasının professor-müəllim heyətinin yüksək elmi hazırlığı haqqında müsbət təəssüratlarını bölüşüb, ona göstərilən diqqət və qonaqpərvərlik üçün təşəkkürünü bildirib.