KONSTİTUSİYA VƏ SUVERENLİK İLİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Sosial iş kafedrasının təşəbbüsü Konstitusiya və suverenlik ilinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, dekan müavinləri və fakültənin professor–müəllim heyəti iştirak edib.
Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev tədbiri açıq elan edərək Azərbaycanın müstəqilliyi və suverenliyi haqqında geniş məlumat verib, ölkəmizin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Ü.Şəfiyev Ulu öndər Heydər Əliyevin tarixi xidmətindən bəhs edib,onun müəllifi olduğu Konstitusiyanın qəbul tarixinə diqqəti yönəldib: “Azərbaycan xalqının bəxti gətirib ki, Ulu öndər Heydər Əliyevin başladığı tarixi missiyanı onun layiqli davamçısı İlham Əliyev davam etdirir. Məhz İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi və əzmkarlığı sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkə qarşısında yeni milli ideya missiya hədəf kimi qoyuldu”. Üzeyir Şəfiyev daha sonra İlham Əliyevin bu çağırışına ölkə ziyallarının əməli töhfə verməsi əsas fəaliyyət prioritetlərindən olduğunu qeyd edib. Hər bir ziyalının Dəmir Yumruq ətrafında sıx birləşərək ölkəmizin dayanıqlı inkişafına öz peşəkar əməyi ilə dəstək verməli olduğunu bildirib. Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Sosiologiya kafedrasının müdiri Rafail Həsənov, Sosial iş kafedrasının müəllimi Vəsilə Möhsümova çıxış ediblər.Tədbir zamanı ətraflı fikir mübadiləsi aparılıb.