MAGİSTRLƏR ÜÇÜN ART TERAPİYA TƏLİMİ KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Gender və tətbiqi psixologiya kafedrasının professoru Svetlana Məcidova fakültədə təhsil alan II kurs magistrləri üçün Psixoloji Mərkəz İctimai Birliyində artterapiya təlimi keçirib. Təlim iştirakçıları psixoloji praktikada artterapiya və onun fərqli istiqamətləri (xalça terapiyası,musiqi terapiyası, nağıl terapiyası, rəsm terapiyası və s.) ilə tanış olublar.
Təlim zamanı magistrlərə arterapiyanın psixoloji praktikada şüuraltına təsir edən və insanın travmalardan azad olmasına tez bir zamanda müsbət təsir göstərən istiqamətlərdən biri olduğu haqqında məlumat verilib. Təlim zamanı magistrlər həmçinin müxtəlif yaşlı insanlarla işləməyə imkan verən, gərginliyi aradan qaldıran, insanın emosional aləmində balans yaradan artterapiyanın xüsusi istiqaməti olan monotipiya ilə tanış olublar. Qeyd edək ki, bu terapiya növündə insanlar öz problemlərini barmaqları, yaxud fırça ilə şüşə üzərinə akvarel və ya quaş ilə çəkir, daha sonra həmin şəkil kağız üzərinə köçürüərək ona əlavələr edilir. Şüşədən kağıza transformasiya edilməklə insan probleminin həlli yollarını tapılır.
Magistrlər təlim zamanı müxtəlif terapiyaların keçirilməsi ilə bağlı onlara öyrədilən müvafiq texnikalar və onların necə tətbiq edilməsi istiqamətində əldə etdikləri bilik və bacarıqlardan xeyli məmnun qalıblar.