"Məişət zorakılığının sosial-psixoloji problemi" mövzusunda dəyirmi masa keçirilib
Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsində "Məişət zorakılığının sosial-psixoloji problemi" mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə müəllimlər, fakültə tələbələri iştirak edib.Tədbiri dekan müavini dosent İranə Məmmədli açaraq məişət zorakılığının aktual problem olduğunu qeyd edib, gənclərin maarifləndirilməsində təhsil ocaqlarının rolunu qeyd edib. Sonra Sosial və Pedaqoji psixologiya kafedrasının müəllimi Aslanova Şahnaz çıxış edərək, məişət zorakılığının sosial- psixoloji problem olduğunu, zorakılığa təsir edən psixoloji amillərdən söz açıb.Təsbirdə həmçinin Sosial iş kafedrasının müdiri dosent Şəfiyev Üzeyir çıxış edərək zorakılığın cəmiyyətin böyük bir problemi olduğunu,bu problemin həlli yollarından söz açıb.Tədbirdə tələbələrin sualları cavablandırılıb , diskussiya şəkilində davam edib.