Milli mənəvi dəyərlərimiz, ənənə və müasirlik adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində "Milli mənəvi dəyərlərimiz, ənənə və müasirlik"mövzusunda tədbir keçirilib.Tədbirdə Amea-nın Sosiologiya və fəlsəfə institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru dosent Zeynəddin Şabanov çıxış edərək,tarixi yaddaşımızdan,bədii əsərlərimizdən süzülüb gələn ənənələrimizi, onları tədqiq edən görkəmli alimlərimizdqn geniş məruzə edib. Zeynəddin müəllim, gənc nəslin təlim-tərbiyəsini milli mənəvi dəyərlər üzərində qurulmasının vacibliyini vurğulayıb, tələbələrimizə bu dəyərləri qorumalı olduğlarını qeyd edib.Sonra tələbələr çıxış edərək,dəyərlər,milli mənsubiyyət , vətənpərvərlik mövzulaeına toxunublar.Tədbir diskussiya şəkilində davam edib.