Müəllimlər Türkiyədə konfransda olub
2022-ci il may ayının 11-13-ü tarixlərində Türkiyənin İzmir şəhərində EYUDER təşkilatı və 9 Eylul Universitetinin (İzmir) ev sahibliyi ilə, XIII silsiləli “EYFOR (Egitim Yönetimi Forumu)” adlı konfrans keçirilib. Konfransı təşkil edən Təşkilat Ankarada Türkiyə Cumhuriyyəti Təhsil Nazirliyi ilə birgə fəaliyyət göstərir. Təhsilin idarəediciləri və uzmanları Assosiasiyasının təşkilatçılığı ilə Egitim Yönetimi Forumu Türkiyənin müxtəlif bölgələrində təşkil edilir.
Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova, həmin kafedranın dosent əvəzi Aygün Xəlilqızı konfransda iştirak ediblər. K.Pənahova “İslam mistisizmi-təsəvvüfün tədrisinin xüsusiyyətləri” mövzusunda, A.Xəliliqızı “Orta əsr Qərb təhsil tarixi ilə Şərq təhsil tarixinin müqayisəli təhlili” mövzusunda çıxışları maraqla qarşılanıb. Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova da konfrans işində iştirak edərək Azərbyacandan gələn nümayəndə heyətinin üzvləri ilə görüşüb. Konfransada müasir dövrün təhsil problemləri, tədris metodlarının təkmilləşdirilməsi barədə müxtəlif ölkələrdən olan iştirakçıların çıxışları dinlənilib, müzakirələr aparılıb.