MÜƏLLİMLƏRİMİZ İNKLÜZİV TƏHSİLİN İNKİŞAFINA DƏSTƏK LAYİHƏSİNDƏ İŞTİRAK EDİBLƏR
Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının bir qrup müəllimi 28-30 sentyabr 2024-cü il tarixlərində "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) "Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması" layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün "Təhsildə İnklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar" mövzusunda keçirilən təlimdə iştirak ediblər. Təlimin məqsədi ali və orta ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdır. Sonda Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev BDU - nun Pedaqogika kafedrasının müəllimlərinə təlimdə fəal iştiraklarına görə təşəkkür edib və iştirakçılara sertifikatlar təqdim olunub.