“NİTQ AXICILIĞININ POZULMASI VƏ KORREKSİYASI”
-lg.jpg)
“BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Nitq axıcılığının pozulması və korreksiyası” adlı təlim keçirilib. Təlimçi loqoped Mətanət Qafarova iştirakçılara kəkələmənin psixoloji və loqopedik aspektləri, onun yaranma mexanizmləri, həmçinin kəkələyən şəxslərlə düzgün ünsiyyət və dəstək yolları haqqında geniş məlumat verib. Təlimin praktiki hissəsində tələbələrin nitqin idarə olunması və düzgün nəfəs texnikalarını mənimsəməsi üçün müxtəlif məşğələlər həyata keçirilib. Təlimçi diafraqma nəfəsinin düzgün işləməsini yoxlamaq məqsədi ilə tələbələr üzərində nəfəs müayinəsi aparıb, onların nəfəs gücünü və istiqamətini qiymətləndirmək məqsədilə test tətbiq edib. M.Qafarova həmçinin düzgün artikulyasiyanın formalaşdırılması üçün xüsusi loqopedik vəsait və masaj alətlərindən istifadə edib.