Nizami fəlsəfiirsi və müasirlik mövzusunda fakültədə onlayn tədbir təşkil olunub
Bu gün Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Nizami Gəncəvi ili çərçivəsində «Nizami fəlsəfi irsi və müasirlik» mövzusunda tədbir təşkil olunub. Tədbirdə ilk çıxış edən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova, Şərq fəlsəfı fikir tarixin formalaşmasında mühüm rol oynamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi fəlsəfəsinə diqqət çəkərək Nizami fəlsəfə irsinin gənclərə ötürülməsindən, Nizami dühasindan geniş məruzə edib. AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmı işçisi Zeynəddin Şabanov öz çıxışında Nizaminin əsərlərindəki vətənpərvərlik, mərhəmət və s. insani keyfiyyətlərin tərənümündən söz açıb. Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Səbirə Nemətzadə çıxış edərək, Nizami yaradıcılığında fəlsəfi fikirlərin geniş yer almasından danışıb. Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının doktorantı Araz Əliyev Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan verməsindən, böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsiplərinin təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmasından bəhs edib. Sonda çıxış edən gənc tədqiqatçı, Elza Məmmədova Nizami haqqında öz düşüncələrini tədbir iştirakçları ilə bölüşüb. Tədbirin sonunda tələbələr Nizami Gəncəvinin qəzəllərindən nümunələrlə çıxış ediblər.