“ÖlKƏMİZİN İCTİMAİ HƏYATINDA GƏNCLƏRİN ROLU” ADLI TƏDBİR KEÇİRİLİB
“BDU könüllüləri" təşkilatının Sosial elmlər və psixologiya və Mexanika-riyaziyyat fakültələri üzrə üzvlərinin təşəbbüsü ilə “Ölkəmizin ictimai həyatında gənclərin rolu” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Təşkilatın fakültələr üzrə rəhbərləri Sevil Nəsirova və Nuray Cəfərova dövlət gənclər siyasətinin məqsəd və vəzifələrindən, dövlət idarəçiliyində gənclərin rolunun artırılmasından, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər. Bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Gənclər cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gənclərin inkişafının təmin edilməsi istiqamətində aparılan ən yaxşı işlərdən biri könüllülük hərəkatının genişləndirilməsidir. 5 ildir fəaliyyətini uğurla davam etdirən “BDU könüllüləri” təşkilatı da ölkədə könüllülük hərəkatına öz töhfələrini verir.
Daha sonra ölkəmizdə gənclər siyasətinin uğurlarını əks etdirən videoçarx izlənilib.