PEDAQOGİKA KAFEDRASININ DOSENTİ SÜNİ İNTELLEKT SAVADLILIĞI PROQRAMINDA İŞTİRAK EDİB
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının dosenti Nəzakət İmamverdiyeva Atatürk Universitetinin Tədris və Öyrənmənin İnkişafı üzrə Tətbiq və Tədqiqat Mərkəzi (ATA ÖGEM) tərəfindən təşkil olunan “Süni intellekt savadlılığı” və “Generativ süni intellekt və etik sərhədlər” proqramlarında iştirak edib. İştirakçılar təlimlər çərçivəsində süni intellekt texnologiyalarının təhsil və elmi fəaliyyətdə tətbiqi, akademik yazı və elmi məqalələrin hazırlanmasında süni intellekt alətlərindən səmərəli və məsuliyyətli istifadə, süni intellekt etikası, akademik dürüstlük prinsipləri, eləcə də generativ süni intellektin imkanları və məhdudiyyətləri ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirmişlər.
Atatürk Universitetinin Tədris və Öyrənmənin İnkişafı üzrə Tətbiq və Tədqiqat Mərkəzi (ATA ÖGEM) tərəfindən tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.