PEDAQOGİKA KAFEDRASININ DOSENTİNİN MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının dosenti Elza Mollayevanın “Sosial-pedaqoji viktimologiya: müasir problemləri və həlli yolları” adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiyada Azərbaycan pedaqoji elm sahəsində kifayət qədər tədqiq edilməmiş sosial-pedaqoji viktimologiyanın yaranmasının ilkin şərtləri, yaranma səbəbləri, nəzəri-metodoloji əsasları, şəxsiyyətin inkişafına təsir edən sosial-viktimoloji amillər, anlayışlar, sosial-viktimoloji aspektdən uşaqların yaş qrupları ilə bağlı spesifik xüsusiyyətləri öz əksini tapmışdır. Monoqrafiyada uşaq viktimizasiyasının yaranmasında ailə sosio-mədəni mühit kimi verilmiş, bu sahədə ailənin və məktəbin üzərinə düşən məsuliyyət, viktimizasiyanın qarşısının alınması üçün profilaktik tədbirlər, Qlobal İnternet Şəbəkəsinin sosial-viktimoloji təsiri, uşaqlara qarşı zorakılığın nəticələri müəyyənləşdirilmişdir.