PEDAQOGİKA KAFEDRASININ MÜƏLLİMİNİN AÇIQ DƏRSİ OLUB
12.03.2024-cü il tarixində Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının müəllimi İlahə Şıxəliyevanın açıq dərsi keçirilib. Açıq dərsdə fakültə dekanı Rövşən Cavadov, Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, kafedranın müəllimi Şəhla Hüseynova və Təhsildə Sosial-Psixoloji Xidmət ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. İ.Şıxəliyeva açıq dərsdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti haqqında tələbələrə məlumat verib, qanunun fəsilləri, maddələri, strategiyaları, prinsipləri, təhsil sisteminin strukturu, müəllimlərin və tələbərin hüquqları və vəzifələrini təhlil edib. İnteraktiv təlim üsullarından geniş istifadə olunan açıq dərsdə tələbələr fəal iştirak edib, Təhsil qanunu ilə bağlı suallar verib, onları maraqlandıran məsələlər ətrafında geniş müzakirə aparıblar.