“PRAKTİK PEDAQOGİKA” adlı kitab işıq üzü görüb
“Müəllim” nəşriyyatı tərəfindən Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının dosenti Nəzakət İmamverdiyeva, Vaqif Mahmudov, Eleonora Həsənova, Səadət Əlizadə, Sevil Mahmudova və Adil Həsənovun müəllifliyi ilə “PRAKTİK PEDAQOGİKA” adlı 550 səhifəlik yeni kitab işıq üzü görüb.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin 22 fevral 2021-ci il tarixli Elmi Şura iclasının qərarı ilə bu vəsaitin çap olunması məqsədəuyğun hesab edilib. Vəsaitdə həm təhsilverənlər, həm də təhsilalanlar üçün pedaqogika elminin nəzəri və praktik məsələləri və aktual problemləri haqqında ən son və yeni məlumatlar yer alıb. Kitabdan müəllimlər, pedaqoji ali və orta ixtisas məktəblərinin tələbələri, magistrantlar və doktorantlar geniş şəkildə istifadə edə bilər.