PROFESSORUMUZ MÜKAFATA LAYİQ GÖRÜLÜB
Sosial elmlər və psixologiya fakültəsi Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova Türkiyənin İstanbul şəhərində keçirilən “Book Culture Art Times” tərəfindən düzənlənən “Altın Kalem Ödüleri” tədbirində iştirak edib. Professor Rəbiyyət Aslanovanın “Tarihten Günümüze Devlet Anlayışı”(Azerbaycan Cumhuriyeti’nin Yenidən Bağımsızlığını Kazanmasının 30.Yıldönümü) kitabı “Altın Yazar” mükafatına layiq görülüb. Mükafatın təqdimatı zamanı çıxış edən Rəbiyyət xanım Azərbaycan və Türkiyə arasında olan elmi əməkdaşlıqdan, gerçəkləşməkdə olan layihələrin ümümtürk intellektual elitasının formalaşmasındakı rolundan bəhs edib. O, Türk dünyası bilim adamlarına verilən bu mükafatların əhəmiyyətini xüsusi vurğulayıb. R.Aslanova türk dünyasını bir araya gətirən inteqrasiya istiqamətləri içərisində elmi inteqrasiyanı Böyük Türk Birliyinin yaranması sahəsində vacib addım hesab edib.