Professorumuz beynəlxalq elmi seminarda iştirak edib
Bu günlərdə Ufa Dövlət Neft Texnologiyaları Universitetinin Neft və Qaz Biznesi İnstitutunun İctimai və Siyasi Kommunikasiyalar kafedrasında “Rəqəmsal cəmiyyət bir sosial-mədəni fenomen kimi” adlı III Beynəlxalq Elmi-Praktik seminar keçirilib.
Onlayn qaydada keçirilən seminarda Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova iştirak edib. O, “İnformasiya-kommunikasiya texnologiyalarının gənc məktəblilərin sosial inkişafına təsiri” mövzusunda çıxış edib. Sosial iş kafedrasının professoru Q.Abbasovanı seminarda məzmunlu çıxışı münasibəti ilə təbrik edir, ona elmi yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq!